Fərhad Ağayev: Sağlam Damar
Ak. Həsən Əliyev küç., 15
Bakı, Azərbaycan
Niyə məhz dr. Fərhad

Əlbəttə, çoxsaylı damar cərrahlarının sırasından həkim seçmək o qədər də asan iş deyil – bunun üçün bir çox məsələləri özünüz üçün aydınlaşdırmaq istərdiniz. Suallarınıza cavab almaq üçün bizim estetik cərrahiyə mərkəzinə baş çəkib təqdim etdiyimiz xidmətlərin yüksək keyfiyyətinə və peşəkarlığımıza sözlə deyil, gözlə əmin ola bilərsiniz!.
Beləliklə, niyə məhz dr. Fərhad?
- Doktor Fərhad vicdanlı, məsuliyyətli və bilikli praktik əməli həkimdir. O həm çətin cərrahi və qeyri-cərrahi prosedurları məharətlə icra edən professional, həm də pasiyentlərin etibarlı tərəfdaşı, məsləhətçisidir, çünki hər hansı bir problemin – istər estetik, istərsə də cərrahi – həllində sizə keyfiyyətli və güvənli yardım göstərməyə qadirdir.
- Qeyd etmək lazımdır ki, doktor Fərhad – sertifikatlaşmış damar cərrahıdır, və bu olduqca önəmli bir məqamdır, çünki sonradan kvalifikasiyasını damar cərrahına dəyişən heç bir ümumi cərrah xüsusi (dar) ixtisaslaşan həkimin tibbi səviyyəsinində xidmət göstərə bilməz. Bizim pasiyentlər keçirdiyimiz diaqnostikanın dəqiqliyinə, tövsiyyə etdiyimiz müalicənin və həyata keçirdiyimiz bütün prosedurların effektivliyinə tam əmin ola bilərlər. Biz damarların müalicəsində ən qabaqcıl texnologiyalardan istifadə edirik;
- Doktor Fərhad varikoz xəstəliyinin müasir texnologiyalarla müalicəsində pioner adını qazanıb. 2012-ci ildə o, Azərbaycanda ilk dəfə varikoz damarların və perforantların radiotezlikli obliterasiyasını həyata keçirmişdir (Closure Fast). 2016-cı ildə - mexaniki kimyəvi ablyasiya üzrə ilk prosedur (ClariVein). 2016-cı ildə Azərbaycanda ilk dəfə olaraq damar ulduzlarının müalicəsi üçün CryoLazer CryoSclero (ClaCS) metodikasının istifadəsini təşkil etmişdir;
Klinikamızla yaxından tanış olub, prosedur otaqlarını, palataları öz gözünüzlə görmək üçün “Açıq qapı” günü Sizi mərkəzimizə dəvət edirik. Burada Siz doktor Fərhadla və digər personalla görüşə biləcəksiniz.
İstənilən sualla çəkinmədən bizə müraciət edib, lazımi konsultasiya alın və ya elə bu gün (070) 335 28 28 telefonuna zəng vurun!
Pasiyentlərimiz bizi seçirlər, çünki yaxşı bilirlər – biz doğma insanlar qədər onların qeydinə qalırıq, optimal nəticə əldə etmək üçün əlimizdən gələni əsirgəmir, ümidlərini doğrulduruq. Pasiyentlərimizin əksəriyyəti dost-tanış, qohum-əqrəba, kolleqalarının məsləhəti ilə bizə müraciət edir. İşindən razı qalan insanların müsbət rəyi həkim üçün ən böyük mükafatdır. Onların məmnuniyyəti bizə yeni nəfəs verir, damar xəstəliklərinin müalicəsində, eləcə də estetik cərrahiyə sahəsində kəşf olunan ən müasir texnologiyaların tətbiqində birinci olmağa sövq edir. Pasiyentlərin bir qismi isə icra etdiyimiz prosedurların nəticəsini (əvvəl və sonra fotoları) Qalereyada görüb mərkəzimizə müraciət edir. Siz də işlərimizlə tanış olub, təkliflərimizi dəyərləndirə bilərsiniz.
Əvvəl və Sonra
Fotoqalereya
