Fərhad Ağayev: Sağlam Damar
Ak. Həsən Əliyev küç., 15
Bakı, Azərbaycan
Endovazal lazer obliterasiyası

Endovazal lazer ablyasiyası – varikoz xəstəliyinin müalicəsində ən müasir metodlardan biridir. Metodikanın məğzi lazer şüalarının damar divarına termik təsirindən ibarətdir ki, onun nəticəsində varikozlu damar genişlənir, kiçililr və sonradan sovrulur (birləşdirici toxuma ilə əvəz olunur). Lazer priborları son illərdə xeyli təkmilləşib və bu gün ən müasir lazer metodikası radial işıq aparıcılarının (Radial Fiber) istifadəsidir. Bizim klinikamızda Fransanın LSO Medical şirkətinin istehsalı olan müasir radial lazer aparatından (dalğa uzunluğu 1470) istifadə olunur.

Metodun üstünlükləri:
- Prosedur kəsiksiz aparılır, bütün manipulyasiyalar dəridə açılan iynə dəliyindən icra olunur.
- Prosedurun tezliyi. Prosedur cəmi 30-40 dəqiqə vaxt aparır.
- Ümumi anesteziyaya ehtiyac yox. Yerli anesteziyadan istifadə olunur.
- Klinikada qalmağa ehtiyac yox. Prosedurdan 1 saat sonra pasiyent evə qayıdır.
- Yüksək kosmetik effekt (kəsiksiz, çapıqsız).
- Digər metodlarla birgə istifadə etmək mümkünlüyü.
- Eyni vaxtda iki ayaqda həyata keçirmək olar (bir gündə).
Əvvəl və Sonra
Fotoqalereya
