Fərhad Ağayev: Sağlam Damar
Ak. Həsən Əliyev küç., 15
Bakı, Azərbaycan
Aterosklerozun konservativ müalicəsi

Aşağı ətrafların aterosklerozunun konservativ müalicəsi kompleks şəkildə aparılmalı və həmin xəstəliyin patogenezinin bütün hissələrinə təsir göstərən mexanizmləri daxil etməlidir.
Həyat tərzinin dəyişdirilməsinə yönəldilən əsas tədbirlər:
- Siqaret çəkməkdən imtina etməklə xəstəliyin inkişafının, kritik işemiyanın əmələ gəlməsinin əsas faktorunu və bununla amputasiya riskini aradan qladırmaq olar;
- Sağlam qidalanma xolesterinin və qandakı digər lipidlərin səviyyəsini aşağı salmaq, eləcə də arterial təzyiqin səviyyəsini nəzarət altında saxlamağa imkan verir;
- Şəkərin nəzarət altında saxlanılması;
- Xüsusi hazırlanan idman proqramının icra edilməsi;
- Xüsusi olaraq hazırlanan fiziki məşqlər əzələ toxumalarına çatdırılan oksigeni səmərəli şəkildə istifadə etməyə və tədricən aşağı ətrafda kollateral qan dövranını inkişaf etdirməyə imkan verəcək. Kliniki tədqiqatlar göstərir ki, mütəmadi şəkildə fiziki məşqlərin icra edilməsi növbələnən axsaqlığın əlamətlərini azaltmağa və ağrısız yeriş distansiyasını artırmağa imkan verir.
Medikamentoz müalicə
Antiaqreqant terapiya (məsələn, aspirin və klopidoqrel) trombositlərin aqreqasiyasını (yapışmasını) azaltmağa və trombların əmələ gəlməsinin qarşısını almağa imkan verir. Adətən aspirin az dozalarda (gündə 75-325 mq) təyin edilir - bu, aşağı ətraflardakı arteriyaların aterosklerozuna məruz qalan xəstələrdə gələcəkdə infarkt və insultun inkişaf etməsinin qarşısını almağa kömək edir.
Klopidoqrel aspirinin yaxşı alternativi sayılır, xüsusilə aspirinə allergiyası olan xəstələr üçün və ya aspirinin istifadəsi mümkün olmadığı digər hallarda. Aspirin vasitəsilə aparılan müalicə həmçinin ballon angioplastikası və ya rekonstruktiv şuntaçılma əməliyyatından sonra müalicənin bir komponenti kimi istifadə olunur.
Antikoaqulyant terapiya damardaxili qan laxtalanması və trombların əmələgəlməsinin qarşısını almağa imkan verir.
Adətən iki qrup preparatdan istifadə olunur: birbaşa təsirli antikoaqulyantlar (geparin və s.) və dolayı təsirli antikoaqulyantlar (məs. varfarin (Coumadin). Adətən antikoaqulyantlar obliterasiya edən aterosklerozlu xəstələrə tromb əmələgəlməsi riski yüksək olduqda təyin edilir.
Xolesterini aşağı salan preparatlar və ya statin qrupu.
Aşağı ətrafların aterosklerozunda statinlərin effektivliyi sübut olunub – belə ki, onların syəsində aterosklerotik prosesi və növbələnən axsaqlığın reqressiyasını ləngitmək mümkündür.
Obliterasiya edən aterosklerozlu pasiyentlərə cari NCEP tövsiyyələri pəhriz və statin müalicəsindən ibarətdir ki, bunların sayəsində aşağı sıxlıqlı lipoproteidin (ASLP) - xolesterinin səviyyəsini 100 мq/dl aşağı salmaq mümkün olur. Tədqiqatçıların əksəriyyəti ASLP xolesterinin səviyyəsini 75-80 mq/dl-ə qədər endirməyi tövsiyyə edir.
Silostazol (Pletal) – atreriyanın genişləndirilməsi və aşağı ətraflara turşulaşmış qanın çatdırılmasının artırılması yolu ilə fiziki aktivliyi artırmağa və bununla ağrısız yeriş məsafəsini ( yəni növbələnən axsaqlıq və ağrısız keçə bildiyi məsafəni) maksimuma çatdırmağa imkan verir. Adətən ac qarına yeməkdən yarımsaat əvvəl və ya iki saat sonra qəbul edilir.
Pentoksifillin (Pentoxyl, Trental) qanın qatılığını azaldıb durulaşdıraraq onun aşağı ətraflara axınını yaxşılaşdırır. Kliniki sınaqlar pentoksifilinin ağrısız məsafə yerişinə müsbət təsirini göstərir, lakin bununla belə silostazol ilə müqayisədə bu preparatın effektivliyi daha aşağıdır.
Əvvəl və Sonra
Fotoqalereya
