Fərhad Ağayev: Sağlam Damar
Ak. Həsən Əliyev küç., 15
Bakı, Azərbaycan
Mexaniki-kimyəvi ablyasiya (Clarivein)

Mexaniki-kimyəvi ablyasiya (Clarivein) – varikoz damarlarının müalicəsinin qabaqcıl metodudur. Metodun məğzi ondan ibarətdir ki, xüsusi kateter vasitəsilə venaya iki cür təsir göstərilir. Eyni vaxtda venaya həm kateterin fırlanan hissəsi, həm də sklerozant təsir edir. Prosedur Clarivein (ABŞ) kateteri ilə aparılır. Radiotezlikli ablyasiya və lazer ablyasiyası ilə müqayisədə bu metodun üstünlüyü onun, demək olar ki, anesteziyasız aparılmasındadır. Kateter yalnız venanın daxili divarına təsir göstərir və pasiyent heç bir diskomfotr hiss etmir. Bundan əlavə, prosedurun icrasına daha az vaxt tələb olunur.

Metodun üstünlükləri:
- Prosedur kəsiksiz aparılır, bütün manipulyasiyalar dəridə açılan iynə dəliyindən icra olunur.
- Prosedurun tezliyi. Prosedur cəmi 10-15 dəqiqə vaxt aparır.
- Heç bir anesteziyaya ehtiyac yoxdur. Prosedurdan 1 saat sonra pasiyent evə qayıdır.
- Yüksək kosmetik effekt (kəsiksiz, çapıqsız).
- Digər metodlarla birgə istifadə etmək mümkündür.
- Eyni vaxtda iki ayaqda aparıla bilər (bir gündə).
- Ətraf toxumalar qızmır.
- Pribor yalnız venanın daxili divarına təsir göstərir.
- Trofik yaraların altında yerləşən venalara tətbiq edilə bilər.
Əvvəl və Sonra
Fotoqalereya
