Fərhad Ağayev: Sağlam Damar
Ak. Həsən Əliyev küç., 15
Bakı, Azərbaycan
Trombolizis
İnsan yaşa dolduqca qan damarlarının zədələnməsinin xüsusi tipi və qan laxtalanmasının xarakteristikasının dəyişməsi səbəbindən doğan xəstəliklərin yaranması riski tədricən artır.
Qan damarlarında yığılan çöküntülər, damar divarlarının elastikliyinin zəifləməsi və bunları müşayiət edən qanın laxtalanma qabiliyyətinin artması nəticədə laxtalarının – trombların əmələ gəlməsi üçün münbit zəmin yaradır.
Qan damarlarının trombozundan irəli gələn kritik vəziyyətlərin müalicəsi üçün həkimlər bir çox hallarda trombolizisdən istifadə edirlər.
Trombolizis – trombları qısa zamanda əridən xüsusi preparatların yeridilməsi deməkdir.
Nəzarət olunmayan trombların əmələ gəlməsi ilə bağlı bütün xəstəliklərin (məs., koronar tromboz, infarkt miokarda, tormboflebit, ağ ciyər tromboemboliyası, flebotromboz, ayaq venalarının trombozu və s.) terapiyası üçün bu üsul tövsiyyə edilir.
Müasir tibb praktikasında trombolizis 2 üsulla aparılır: sistem və lokal.
Sistem trombolizisi zamanı qana xüsusi ferment yeridilərək bütün qan dövranı üzrə paylaşdırılır. Mu metod texniki baxımdam çox sadə olsa da, külli miqdarda preparat tələb edir.
Əsas nöqsanı isə qan itkisinin yüksək riskidir.
Lokal trombolizis metodu texniki baxımdam daha mürəkkəbdir – trombolizis preparatı birbaşa damardakı tıxaca yeridilir, üstəlik venaya eyni zamanda kontrast maddə daxil olunur və translüminal kateter anginoqrafiyası aparılır.
Mütəxəssis rentgen ekranında prosedurun gedişatına nəzarət edir. Bu metodun üstünlüyü qanaxma riskinin çox aşağı olmasıdır.
Əvvəl və Sonra
Fotoqalereya
