Fərhad Ağayev: Sağlam Damar
Ak. Həsən Əliyev küç., 15
Bakı, Azərbaycan
Radiotezlikli obliterasiya (VNUS)

Bu gün venaların radiotezlikli ablyasiyası (RTA) proseduru – varikoz xəstəliyinin əməliyyatsız müalicəsində ən müasir metod sayılır. İnvazivliyi minimal olan həmin metodika xüsusi cihazla yaradılan və kateter vasitəsilə venaya təsir göstərən radiotezlikli şüalanmaya əsaslanır. Clouser Fast metodu ilə venaların radiotezlikli ablyasiyası (obliterasiyası) yerli anesteziya və ultrasəs nəzarəti altında keçirilərək İsveçrənin COVİDEN şirkətinin VNUS™ aparatı vasitəsilə aparılır. Radiodalğaların təsiri nəticəsində varikoz damarın hərarəti artırılır və onlar kiçilərək, sonradan tam sovrulur (birləşdirici toxuma ilə əvəz edilir). Prosedur ümumi narkozsuz aparılır – belə ki, xəstənin klinikada qalmasına, alışdığı həyat tərzindən uzaqlaşmasına ehtiyac olmur.

Venaların radiotezlikli obliterasiyasının üstünlükləri:
- Prosedur az vaxt aparır, təxminən 30-40 dəqiqə.
- Varikoz xəstəliyinin əməliyyatsız müalicəsində ən təhlükəsiz metod.
- Cərrahi əməliyyat və lazer müalicəsi ilə müqayisədə ən ağrısız metod.
- Əla kosmetik effekt (kəsik və çapıq olmur).
- Digər metodlarla bərabər tətbiq edilə bilər.
- RTA – ambulator prosedurdur. Bülleten almağa, gündəlik həyat rejimini dəyişməyə ehtiyac yoxdur.
- Proseduru hər iki ayaqda eyni vaxtda (bir gündə) aparmaq olar.
Əvvəl və Sonra
Fotoqalereya
