Fərhad Ağayev: Sağlam Damar
Ak. Həsən Əliyev küç., 15
Bakı, Azərbaycan
Kriolazer Kriosklero (CLaCs)
Bizim mərkəzdə damar ulduzları ən müasir metodlarla müalicə olunur. Bu gün biz CLaCS (kriolazer və krioskleroterapiya) metodundan uğurla istifadə edirik. CLaCs – varikoz venaların kompleksli müalicəsi deməkdir. Həmin metodika damar ulduzlarına iki cür təsirin göstərilməsini nəzərdə tutur. Birincisi – transkutan lazerin təsiri (NdYAG 1064), ikincisi – skleropreparatın təsiridir. Prosedur, damaraltı venaları göstərən VeinViewer aparatının nəzarəti altında aparılır. Bununla yanaşı prosedur zamanı fasiləsiz soyudulma (krioterapiya) tətbiq edilir. Bir neçə təsiri birləşdirən həmin texnologiyanın adi skleroterapiya və lazer müalicəsi ilə müqayisədə bir çox üstünlüyü var. Hazırda bu texnologiya ABŞ, Avstraliya və Avropada geniş vüsət alıb.

Prosedur necə aparılır:
CLaCS proseduruna pasiyenti xüsusi hazırlamaq tələb olunmur. CLaCS 30 dəqiqə ərzində prosedur otağında aparılır. Varikoz damarlar lazerlə işlənilir, sonra damara skleropreparat yeridilir. Növbəti seans minimum 1 həftədən sonra keçirilir. Seansların sayı müalicə tələb edən venaların miqdarından asılıdır.
Əvvəl və Sonra
Fotoqalereya
