Fərhad Ağayev: Sağlam Damar
Ak. Həsən Əliyev küç., 15
Bakı, Azərbaycan
Damar cərrahiyəsi

Damar cərrahiyəsi – qandaşıyan və limfatik damarların diaqnostika və müalicəsi ilə məşğul olan cərrahiyyə sahəsidir.
Son zamanlar venoz xəstəliklərinin diaqnostika və müalicəsi sahəsində böyük təcrübənin əldə edilməsi sayəsində, eləcə də məhz bu xəstəliklər səbəbindən müraciət edənlərin sayı artdığına görə damar cərrahiyyəsi aşağı ətrafların ən geniş spektrdə problemlərini həll edir.
Bu gün biz damarların anadangəlmə deformasiyası və ya, əksər hallarda, sonradan yaranan xəstəliklərdən (ateroskleroz, endarteriit, tromboflebit, arteriya və venaların kəskin trombozu, damarların emboliyası, diabetik angiopatiya və s.) doğaraq aşağı ətrafların obliterasiya edən xəstəliklərindən əziyyət çəkən xəstələrin həyat keyfiyyətini bərpa edə bilirik.
Bundan əlavə, həmin tibb sahəsinin inkişafı bu qrupa daxil olan xəstələri çox rahat və keyfiyyətli şəkildə müalicə etməyə imkan verir. Mərkəzimiz, pasiyentlərin vəziyyətini yaxşılaşdırmağa, xəstəliyin simptomatikasını yumşaltmağa imkan verən preparatlarla, diaqnostika və müalicəvi manipulyasiyalar üçün nəzərdə tutulmuş çoxsaylı innovasiyalı aparatlarla təchiz olunub.
Tam əminliklə deyə bilərik ki, bu gün bizim əlimizdə sağlamlığınızı bərpa etmək və eyni zamanda bununla bağlı estetik problemləri həll etmək üçün istənilən vasitə mövcuddur. Qalan məsələlər isə Sizdən asılıdır. Sağlamlığınız, ilk növbədə, öz əlinizdədir. Ayıq olun – vaxtında həkimə müraciət edin!
Əvvəl və Sonra
Fotoqalereya
