Fərhad Ağayev: Sağlam Damar
Ak. Həsən Əliyev küç., 15
Bakı, Azərbaycan
Kompression terapiya
Kompression terapiya (kompression trikotaj) – varikoz xəstəliyi profilaktikasının əsas vasitələrindən biri və cərrahiyyə müalicəsinin və skleroterapiyanın mütləq komponentidir.

Kompression trikotaj nədir?
Trikotajın müalicəvi təsir mexanizmi onun vena damarlarına lazımi dərəcədə və dəqiq hesablanmış təzyiqinə əsaslanır. Corab və kalqotlar venaları saxlayan əlavə karkas yaradaraq, onları həddindən artıq gərilməkdən qoruyur. Venalara əlavə təzyiq nəticəsində divarların mənfəzləri daralır. Bu, qan axınının sürətinin artmasına gətirir və trombların əmələgəlməsinə mane olur. Baldırın yumşaq toxumalarının kompressiyası (sıxılması) ayaqları şişkinlik, yorğunluq və əzələ ağrılarından müdafiə edir. Vena divarlarının kompressiyası venaların klapanlarını saxlayır və qanın “bir yerdə durğun vəziyyətdə qalmasına” imkan vermir. Hətta ən güclü - 100-200 den saxlayıcı effekti olan adi kalqotlar lazımi nəticəni vermir. Buna görə müalicəvi kompression trikotajdan istifadə edilməlidir. Kompression trikotaj ayaqları lazımi güclə sıxır, belə ki venaların genişlənmiş nahiyələri gərilmir və qan durğunlaşmır. Yeri gəlmişkən qeyd edək ki, sözügedən güc den ilə deyil, civə sütununun millimetrlərilə ölçülür. Kompression məhsulların istehsalında nəzərə alınır ki, topuqda kompressiya 100% təşkil etməli, dizə yaxınlaşanda 75%-ə qədər azalmalı, bud nahiyəsində - 50%, qasıqa yaxınlaşanda isə 20% olmalıdır. Bu təzyiq dərəcələrinin sayəsində aşağı ətraf venalardan qan axınının sürəti əhəmiyyətli dərəcədə artır.
Bu gün kompression məhsullarının çeşidi çox genişdir. Onların sırasından xanımlar asanlıqla corab və ya kalqot seçib əmin ola bilərlər ki, bu məhsulların müalicəvi təyinatı bilinməyəcək və ayaqları daha da gözəl görünəcək.
Kompression trikotaj üçün göstərişlər:
- Hamiləlik;
- Venoz çatışmazlığı;
- varikoz;
- ayaq üstə iş;
- oturaq iş;
- az aktiv həyat tərzi;
- uzunmüddətli səfərlər;
- uzunmüddətli və tez-tez baş verən aviauçuşlar.
Kompression trikotajdan istifadənin effekti:
- aşağı ətraflardan venoz və limfatik axınının yaxşılaşması;
- mikrosirkulyasiyanın yaxşılaşması;
- xəstəliyin inkişaf etməsinin ləngidilməsi;
- varikoz xəstəliyinin ağırlaşmasının profilaktikası;
- dərin venaların trombozunun profilaktikası.
Kompression məhsulu necə seçmək lazımdır?
- Kompression məhsullar, demək olar ki, dartılmır. Həmin səbəbdən razmeri xüsusi diqqətlə seçmək lazımdır. Bunun üçün ixtisaslaşmış mağazalara müraciət etmək məqsədəuyğundur – burada məsləhətçilər ayağınızı ölçüb parametrlərinizə uyğun dəqiq razmerin seçimində Sizə kömək edəcəklər;
- Nəzərə alın ki, keyfiyyətli trikotaj mütləq RAL uyğunluq sertifikatına malik olmalıdır.
Kompression məhsullar necə geyinməlidir:
- Varikoz corablarını səhər, yataqdan durmamış, ayaqları yuxarı qaldıraraq geyinmək lazımdır: bu vəziyyətdə damarlar ideala yaxın formanı saxlayır;
- İnnovasiyalı texnologiyalar əsasında istehsal edilən bu məhsullar tikişsiz və çox rahatdır. Düzgün qulluq edilərsə yarım il ərzində müalicəvi keyfiyyətlərini saxlayır.
Unutmayın!
Sağlamlığınızı qorumaq üçün sadalananlar çox vacibdir:
BİLMƏK ki, varikoz ciddi xəstəlikdir.
DİQQƏT YETİRMƏK – ayaqda əmələ gələn «ulduzlara», «torlara» və şişkinliyə.
TƏDBİR GÖRMƏK – məsləhət üçün fleboloqa müraciət etmək və ondan lazımi müalicə və kompression terapiyaya dair göstərişlər almaq.
Əvvəl və Sonra
Fotoqalereya
