Fərhad Ağayev: Sağlam Damar
Ak. Həsən Əliyev küç., 15
Bakı, Azərbaycan

Tövsiyyələrimiz

  • Müalicə müayinədən başlayar. Cəmi 20 dəqiqə vaxt ayırıb ultrasəs angio-skanetmədən keçin!

  • USM-i yalnız müalicə edən həkim-fleboloq aparmalıdır! USM aparatları təzə çıxanda bu müayinələri USM üzrə diaqnost-həkim aparırdı!

  • Bu gün savadlı həkim-fleboloq həmin tədqiqatı özü həyata keçirir. Sözsüz ki, bu əhəmiyyətli üstünlükdür, çünki həkim ultrasəs görüntüsünü öz gözü ilə bütün spesifik xırdalıqları ilə görərək, daha dəqiq diaqnoz qoya bilir ki, bütün bunlar sadəcə diaqnostik nəticəni oxumaqla mümkün olmazdı!

  • Ən əsası isə, dupleks angio-skanetmə nəticəsində damarın hansı diametrdə genişlənməsi və hansı nahiyəsinin müalicə tələb etdiyi məlum olur. Məhz bu məlumatlar əsasında, pasiyentin anatomik xüsusiyyətlərini nəzərə almaqla, həkim müalicəni təyin edir.

  • Müalicə həkiminin ixtisasına diqqət yetirin! Onun iş təcrübəsi, məhz Sizə tələb olunan prosedurların aparılmasında səriştəsi ilə maraqlanın.

  • Ətraflı şəkildə Sizə təklif olunan müalicə metodikasını, seansların sayını, məhdudiyyətləri (əgər varsa) müzakirə edin.

  • Həkimin göstərişlərinə intizamla riayət edin. Bu müsbət nəticənin alınmasına kömək edəcək.

  • Bu gün, əvvəlki vaxtlardan fərqli olaraq, ümumi narkoza və cərrahi kəsiklərə heç bir ehtiyac yoxdur. Prosedurlar yalnız yerli anesteziya ilə, invaziv şəkildə aparılır. Həkiminizlə anesteziya məsələsini müzakirə edir. Azinvaziv metodları tətbiq edən həkimə üstünlük verin.

  • Elə bu gün qəbula yazılın ki, sabah özünüzü yaxşı hiss edəsiniz!

Əvvəl və Sonra
Fotoqalereya