Fərhad Ağayev: Sağlam Damar
Ak. Həsən Əliyev küç., 15
Bakı, Azərbaycan
Venaların diaqnostikası
Bu gün varikoz xəstəliyinin əsas diaqnostik metodu ultrasəsdir. Ultrasəs diaqnostikası həkimə venaların əksini “kəsikdə” görməyə imkan verir. Doppleroqrafiya qan axınının xarakterini, əks axınının mövcudluğunu, perforant venaların kapanlarının və dərin venaların funksionallığını,dərin venaların keçiriciliyini, trombun olub-olmamasını yoxlamağa imkan verir.
Ultrasəs müayinəsi bur çox xəstəliklərin, o cümlədən vena xəstəliklərinin müayinə və diaqnostikasında ən təhlükəsiz və ekonomik metod sayılır. Doppleroqrafiya, orqanizmin daxilindəki maye mühitlərin hərəkətinin xarakterini dəyərləndirməyə imkan verən və ultrasəsə əsaslanan metoddur.Belə mühitlərə, ilk növbədə, damarlardakı qan aiddir
Doppleroqrafiyanın bir neçə növü mövcuddur:
- Rəngli doppleroqrafiya damar qan axınının xarakterinin diaqnostikası metodudur. İstiqamətindən asılı olaraq monitorun ekranında qan axını qırmızı və ya göy rəngdə göstərilir.
- Energetik doppleroqrafiya damar qan axınının diaqnostikasıdır. Sürətindən asılı olaraq qan axını əlvan sarı rəngdə olaraq, sürət azaldıqca tədricən qızarır. Sadə dillə desək, bu metod damarda qan axınının olub-olmamasını görməyə kömək edir, lakin axın istiqamətinin xarakterini dəyərləndirməyə imkan vermir.
- İmpuls-dalğa doppleroqrafiyası damarlarda qan axınının sürətini dəyərləndirməyə imkan verən tədqiqat metodudur.
- Dupleks doppleroqrafiyası – iki doppleroqrafiya metodunu – B rejimi və rəngli doppleroqrafiyanı eyni vaxtda tətbiq etməyə imkan yaradan metoddur.
- Tripleks doppleroqrafiyası – eyni vaxtda üç doppleroqrafiya metodunu – B rejimi, rəngli doppleroqrafiya və impuls-dalğa doppleroqrafiyasını tətbiq etməyə imkan yaradan metoddur.
- USM metodu varikozun diaqnostikasında ən mühüm üsuldur. Onun üstünlüyü qeyri-invaziv olmasıdır, yəni USM aparılması heç bir müdaxilə (iynənin və ya hər hansı bir preparatın yeridilməsi) tələb etmir.
Əvvəl və Sonra
Fotoqalereya
