Fərhad Ağayev: Sağlam Damar
Ak. Həsən Əliyev küç., 15
Bakı, Azərbaycan

Dərin venaların müalicəsi

Vena trombozu – venaların keçiriciliyinin pozqunluğuna səbəb olan, qanın laxtalanması və trombların əmələgəlməsi nəticəsində yaranan kəskin xəstəlik. Tromblar normal qan axınına mane olaraq, venanı tıxaclaya da bilər və beləliklə qan axınının yolu tam qapanar.


Risk faktorları:


  • Ahıl yaş;

  • Hamiləlik və doğuş (xüsusilə qeysəriyyə əməliyyatından sonra);

  • Qarın boşluğunda aparılan geniş əməliyyatlar;

  • Artıq çəki;

  • Uzunmüddətli uçuş və səfərlər;

  • Siqaret çəkmək;

  • Cərrahi əməliyyatlar;

  • Qan laxtalanmasına təsir göstərən bəzi preparatların qəbulu.

Trombozun aşkar əlamətləri – tromb nahiyəsində şişkinlik və dərinin rənginin dəyişməsidir. Digər əlamətlər – kiçik şişkinliklər, ayaq-baldır əzələlərində vaxtaşırı yaranan ağrılar, qızartı, ayaqlarda istilik və ağırlıq hissi.


Bir çox hallarda aşağı ətrafların dərin damarlarının trombozu simptomsuz keçərək gözlənilməyən ağırlaşmalara gətirə və hətta ölümlə nəticələnə bilər.


Tromboz yuxarı qalxdıqca trombun qopması təhlükəsi artır.


Tromboz diaqnostikasının aparıcı üsulu – dupleks skanetmədir.


Medikamentozlu müalicə zamanı həkim pasiyentə qan laxtalanmasını azaldan və tromb əmələgəlməsinin qarşısını alan antikoaqulyantlar təyin edir.


Trombozun müalicəsində ən birinci şərt – onun üzən tromboza çevrilməsinə yol verməməkdir, qalan məsələlər isə - sonranın işidir.



Əvvəl və Sonra
Fotoqalereya