Fərhad Ağayev: Sağlam Damar
Ak. Həsən Əliyev küç., 15
Bakı, Azərbaycan

Arteriyaların diaqnostikası

Ultrasəs dupleks (tripleks) skanetməsi – damar diaqnostikasında vena və arteriyaların patologiyasının xarakterini müəyyən edən əsas metodikadır. USM, doppleroqrafiya imkanlarını damar divarları və mənfəzlərin vizuallaşdırılması ilə birləşdirir. Dupleks skanetməsi yuxu arteriyaları və aşağı ətraf arteriyalarının patologiyası hallarında dəqiq diaqnoz qoymağa, yumşaq toxumalarda və daxili orqanlarda dəyişiklikləri aşkar etməyə imkan verir.


Rentgen-kontrast angioqrafiyası. Rentgen şüaları vasitəsilə diaqnostika metodu. Damarın daxilinə X-şüalarını keçirməyən, eyni zamanda digər toxumaları şəffaf görən kontrast preparat daxil edilir. Həkim aparatda damarın dinamik əksini görür. Bu növ tədqiqat damar cərrahına düzgün qərar qəbul etmək üçün yetərincə məlumat verir, lakin angioqrafiyanın aparılması bir o qədər də təhlükəsiz proses deyil. Bəzən bu prosedur kontrast preparatlara ciddi allerji reaksiya halları ilə nəticələnə bilər. Üstəlik, punksiya kateterinin daxil edilməsi zamanı arteriya və venaların zədələnməsi riski də mövcuddur. Bu gün həmin metodu damardaxili əməliyyatların aparılması, qəti diaqnostika və müalicəsi üçün tətbiq etmək daha məqsədəuyğun sayılır. Diaqnostika sahəsində isə hazırda kompyuter və maqnit-rezonans tomoqrafiyasına üstünlük verilir.


Kontraslaşdırma ilə multispiral komyuter tomoqrafiyası. Bu metod zamanı kontrast, adi iynə kimi venanın daxilinə yeridilir, rentgen kəsikləri isə güclü kompyuter vasitəsilə işlənib hazırlanır. Əldə edilən rentgen filmləri damarların aydın və dəqiq təsvirini tam anatomik şəkildə göstərir. Burada damarların gedişi, aterosklerotik tıxaclar,anevrizma və yan şaxələr aydın görünür. Ehtiyac olduqda vena sistemini də araşdırmaq mümkündür. MSKT hazırda arteriya və vena patologiyasının diaqnostikası sahəsində kontrast angioqrafiya metodunu qabaqlayır.


Maqnit-rezonans angioqrafiyası (MRA) damarların vizualizasiyası üçün digər prinsiplərə əsaslanır, amma əldə edilən görüntü eynidir. Vizualizasiya baxımından o, MSKT-dan zəif olsa da xüsusi proqramların köməyi ilə toxumaların qan təchizatını dəyərləndirməyə imkan verir. MRA-nın üstünlüyü şəklin gücləndirilməsi üçün fərqli, allergiya yaratmayan kontrastın istifadəsindədir.


Əvvəl və Sonra
Fotoqalereya