Fərhad Ağayev: Sağlam Damar
Ak. Həsən Əliyev küç., 15
Bakı, Azərbaycan
Bizə ilk müraciətiniz
Beləliklə, saytımızı araşdırdınız, həkimin kvalifikasiyasına əmin oldunuz, varikozun və digər damar xəstəliklərinin müalicəsinin ən yeni və effektiv metodları ilə tanış oldunuz, tövsiyyələrimizi oxudunuz, Qalereyadakı “əvvəl” və “sonra” nəticələrini gördünüz. İndi isə bizə ilk gəlişinizin vaxtıdır! Həkim məsləhətinə Sizin üçün rahat olan vaxtda (070) 335 28 28 telefonuna zəng vurub yazılın!
Estetik mərkəzimizdə çoxsaylı analizləri verməyə və digər laborator tədqiqatlardan keçməyə ehtiyac yoxdur. Ac qalmaq, qida qəbulunu məhdudlaşdırmaq da lazım olmayacaq. Biz yaxşı bilirik ki, müasir həyat ritmində boş vaxt tapmaq bir o qədər də asan iş deyil və bu səbəbdən pasiyentlərimiz üçün super-rahat müayinə və diaqnostika şəraiti yaratmağa çalışmışıq. İnnovasiyalı avadanlıq və həkimin zəngin təcrübəsi sayəsində dəqiq diaqnozun qoyulması, müalicə metodlarının seçilməsi və həyata keçirilməsi heç də çox vaxt tələb etmir. Avropada, istifadə etdiyimiz metodları “ofis cərrahiyyəsi” adlandırırlar, çünki müalicə tam ağrısız və tez keçir. Pasiyentlərimiz bir günlük də olsa iş qabiliyyətini itirmir və prosedurdan dərhal sonra gündəlik həyatına qayıda bilər. Ən əsası isə, onlar ayaqlarda ağrı və ağırlığın nə olduğunu biryolluq unudurlar! Estetik effekt də pasiyentlərimizin sevincinə daha bir səbəb olur. Müalicə prosedurunu keçdikdən sonra Siz həm özünüzü əla hiss edəcək, həm gözəl görünəcəksiniz!
Mərkəzimizə müraciət edib əmin ola biləcəksiniz ki, sağlamlığınızı bizə etibar etməklə düzgün seçim etmisiniz!
Əvvəl və Sonra
Fotoqalereya
