Fərhad Ağayev: Sağlam Damar
Ak. Həsən Əliyev küç., 15
Bakı, Azərbaycan
Exoskleroterapiya
Exoskleroterapiya – vena punksiyasına və preparatın yeridilməsinə tam ultrasəs nəzarətini təmin edən skleroterapiya növüdür ki, bunun sayəsində dərində yerləşən və iri venaların sklerozlaşdırılması mümkün olur.

Exoskleroterapiya üçün əsas göstərişlər aşağıdakılardır:
- çox dərində, dərialtı-piy birləşdirici toxumalarda yerləşən, varikozdan deformasiyaya uğramış qolların sklerozlaşdırılması;
- üfqi reflüksu aradan qaldırmaq məqsədilə, o cümlədən trofik xoranın müalicəsi üçün funksionallığını itirmiş venaların sklerozlaşdırılması;
- kateter metodikasından istifadə etməklə dərialtı venaların magistral gövdələrinin sklerozlaşdırılması.
Exo-skleroterapiyanın həyata keçirilməsi üçün qan axınının doppler kartlaşdırılması ilə təchiz edilmiş ultrasəs skanerin mövcudluğu vacibdir. Prosedur zamanı həkim skanerin ötürücüsünü (datçiki) bilavasitə xəstə damarın üzərində yerləşdirərək punksiya edir və monitorun ekranında iynənin exokölgəsini izləyir. Ultrasəs nəzarəti hətta çox dərində yerləşən venaların, o cümlədən funksionallığını itirmiş perforantların dəqiq və təhlükəsiz punksiyasını icra etməyə imkan verir. İynənin həmin venanın lazımi nahiyəsində dəqiq yerləşdiyinə əmin olduqdan sonra həkim sklerozantı daxil edir və eyni zamanda qan axınının sürət göstəricilərini nəzarət altında saxlayır. Mikroköpüklü sklerozantların istifadəsi daha məqsədəuyğundur, çünki onlar ultrasəs skanı zamanı daha aydın exokölgə verir. Lazımi miqdarda preparatı yeritdikdən sonra fleboloq datçik vasitəsilə 20-40 saniyə ərzində venanın kompressiyasını icra edir və sonra elastik bintlə (trikotajla) bağlayır. Bundan sonrakı tövsiyyələr ənənəvi skleroterapiyada olduğu kimidir.
Əvvəl və Sonra
Fotoqalereya
