Fərhad Ağayev: Sağlam Damar
Ak. Həsən Əliyev küç., 15
Bakı, Azərbaycan

Tez-tez verilən suallar

Radiotezlikli obliterasiya, lazer ablyasiyası, mexaniki-kimyəvi obliterasiya, klassik flebektomiya, miniflebektomiya, skleroterapiya... Bu qəliz, adi vətəndaşa tanış olmayan sözləri varikoz xəstəliyinin metodlarını seçdikdə həkimlərdən eşidirik. Və...informasiya almaq üçün interneti araşdırır, problemlə toqquşan dost-tanışdan məsləhət istəyirik. Tərəddüd, şübhə, əməliyyat qorxusu, risk və bu kimi fikirlər sizi narahat edir. Biz bütün şübhələrinizə son qoyacağıq.


Saytı diqqətlə araşdırın. Burada damar xəstəlikləri barədə sadə dillə yazılmış tam informasiya yerləşdirilib. Damar xəstəlikləri nədir, əlamətləri hansılardır və onlar necə müalicə olunur – bütün bunlar haqqında Sizi maraqlandıran ətraflı məlumatı buradan tapacaqsınız. Əldə etdiyimiz nəticələrlə Qalereyada tanış olun. Pasiyentlərimizin rəyini oxuyun, sosial şəbəkələrdəki səhifələrimizi gözdən keçirin – orada nəticələrdən razı qalan pasiyentlərin təşəkkür məktubları daha da çoxdur. Konsultasiyaya yazılıb, həkimlə şəxsən söhbət edin - axı müsbət nəticənin əldə edilməsində ən mühüm faktorlardan biri də həkimə olan inamdır.


İndi isə tez-tez verdiyiniz suallara cavab veririk.


  • Varikozu özümdə necə aşkar edə bilərəm?

    Bir çox hallarda varikoz ayaqlarda əmələ gəlib gərilmiş şaxəli venalarla və ya qırmızı-göy rəngli torlarla (ulduzlarla) özünü biruzə verir. Lakin bəzən venalar vizual olaraq bir o qədər də deformasiyaya uğramır, və biz orqanizmin göndərdiyi həyəcan siqnallarına fikir vermirik. Bəs düşməni necə aşkar etmək olar? Çoxları ayaqlarda axşama yaxın əmələ gələn şişkinlik, ağırlıq və ağrı ilə tanışdı. Bəzən iş gününün axırında sapoqunuzun zənciri axıra qədər bağlanmır, ayaqlarda corab rezininin izi qalır. Bütün bunlar ciddi xəstəliyin – damarların varikoz genəlməsinin ilkin əlamətləridir. Xəstəliyin qarşısına vaxtında almasanız, ciddi ağırlaşmalarla qarşılaşacaqsınız və onlar təkcə ayaqlarınızın gözəlliyinə deyil, həm də sağlamlığınıza xələl gətirəcək.


  • Dupleks angioskanetməsi (dopler USM) məndə klapan çatışmazlığını aşkar etdi. Bu nədir?

    Varikozun inkişafı gündəlik həyatımızda qarşılaşdığımız bir çox risk faktorları ilə bağlıdır. Məsələn:

    İnsanın vena qapaqları (klapanları) zəifdir və ya işin xarakteri ilə bağlı uzun müddət oturaq və ayaqüstü vəziyyətdə qalır. Bu halda venalarda qan yığılır, və onlar bu yükün öhdəsindən gələ bilmir. Qan artıq “şlakları” özü ilə aparmır, o xırda venalara qayıdır – bu səbəbdən venalar genəlir və dəridə damar “ulduzları” və gərilmiş venalar əmələ gəlir. Əgər vaxtında tədbir görülməsə, vena çatışmazlığı inkişaf edir, ağrı, şişkinlik, venaların yaxınlığında tünd ləkələr və hətta yaralar əmələ gəlir.


  • Nələr varikozun inkişafına gətirir?

    Normal şəraitdə ürək qanı damarlara “itələyir”. Əvvəl qan arteryalarla bütün orqanlara oksigen və qidalandırıcı maddələr çatdırır, sonra venalarla onlardan axaraq həyat fəaliyyətinin məhsullarını çıxarır. Venalarla ürəyə qayıtmaq üçün qan ağırlıq qüvvəsinə müqavimət göstərməlidir. Buna kömək edən isə vena qapaqları və ayaq əzələləridir.

    • Valideynlərdə varikoz;

    • Hamiləlik və doğuş;

    • Yastıpəncəlik;

    • Az aktiv həyat tərzi;

    • Avtomobilin idarə edilməsi;

    • Hündürdaban ayaqqabı və dar geyim;

    • Artıq çəki;

    • Siqaretçəkmə;

    • Alkoqol;

    • Hormonların qəbulu;

    • Ağır yükün qaldırılması və s. faktorlar varikozin inkişafına gətirə bilər.


  • Varikozun müalicəsində hansı metodlar mövcuddur? Hansını seçim?

    Bu gün əsas 4 müalicə metodunu qeyd etmək olar:

    • Skleroterapiya (Azərbaycanda ilk dəfə bizim klinikada təkcə klassik skleroterapiya deyil, həm də Kriosklero Kriolazer kimi innovasiyalı prosedurlar həyata keçirilir);

    • endovazal lazer koaqulyasiyası;

    • radiotezlikli obliterasiya;

    • və yalnız bizim klinikamızda aparılan yeni, unikal mexaniki-kimyəvi Clarivein metodikası.


  • Mənim varikozum var, amma əməliyyatdan qorxuram. Buna görə damar cərrahına müraciət etmirəm.

    Demək olar ki, bizə müraciət edən bütüm pasiyentlər əməliyyatsız müalicə alırlar. Skleroterapiyanın müxtəlif növləri və lazer texnologiyaları ağrısız, effektiv şəkildə əməliyyatsız müalicəyə imkan verir.


  • Varikozum var. Amma ayaqlarımda ağrı və şişkinlik olmur. Belə halda müalicə lazımdırmı?

    Genişlənmiş venalar ağrımasa da, özü özlüyündə müalicə tələb edir. Belə venaların qapağı işləmir, qan durğun vəziyyətdə qalır, və vena öz funksiyasını itirir. Belə venaları nə qədər çox “bəsləsəniz”, müalicə bir o qədər də uzun çəkər. Bundan əlavə, genişlənmiş venalarda tormboz və trofik yaralar riski mövcuddur. İlkin mərhələdə problemi həll etmək daha asan və təhlükəsizdir.


  • Deyirlər ki, 50 yaşından yuxarı pasiyentlərə varikozun müalicəsi üzrə əməliyyat aparmaq böyük riskdir? Bu doğrudanmı belədir?

    Bir qayda olaraq, ahıl pasiyentlərin əməliyyatına bir sıra əks göstərişlər var ki, bunun səbəbi müşayiətedici xəstəliklərin mövcudluğudur (məsələn, yüksək arterial təzyiq). Üstəlik bu qrup pasiyentlər üçün müəyyən risk əməliyyat zamanı ümumi narkozun tətbiqi ilə bağlıdır. Lakin bizim klinikamızda ən müasir dünya texnologiyalarının tətbiqi mümkün olan bütün neqativ nəticələri sıfra endirir. Müalicə yerli anesteziya ilə kiçik dəliklərdən aparılır. Pasiyent prosedur zamanı heç bir ağrı və diskomfort hiss etmir. 2 saatdan sonra isə adi işlərinə qayıda bilir və iş qabiliyyətini tam həcmdə saxlayır.


  • Damar ulduzları varikozdurmu?

    Ayaqlarınızda əmələ gələn “ulduzlar” və “torlar” varikoz xəstəliyinin inkişafının ilklin əlamətidir.


  • Qonşum varikozu xalq təbabəti ilə müalicə edib. İş yoldaşım girudoterapiya ilə varikozdan azad olub, televizorda bir xanım vəd edir ki, ucuz qiymətə möcüzəli krem alıb dərinizə sürtsəniz ən qıza zamanda varikozunuz keçəcək. Amma siz mənə müalicəvi prosedurlar təklif edirsiniz?

    Əziz, dəyərli pasitentlər! Bilsəydiniz, bu növ “müalicələrdən” sonra nə qədər kritik vəziyyətə düşən, bəzən isə ayağını itirmək təhlükəsi ilə qarşılaşan insan bizə gəlib imdad istəyir?! Bilsəydiniz belə “tədbirlərdən” sonra biz nə qədər infeksiyaları, ağırlaşmaları müalicə etməyə məcbur qalırıq?! Çox xahiş edirik – unutmayın! Kontrast duş? – Hə! Piyada gəzintilər? – Hə! Kompression tirkotaj? – Hə! Sərinləşdirici ayaq geli? – Hə! İşin sonunda ayaqyuxarı uzanıb dincəlmək? – Hə! Amma bununla “özfəaliyyəti” dayandırmaq lazımdır. 21-ci əsrdə bu sahədə tibb elmi elə sürətlə inkişaf edib ki, biz, demək olar ki, hər pasiyentə ona uyğun olan unikal və etibarlı metod təklif edə bilərik.Səhhətinizlə eksperiment aparmayın – axı o bizə bir dəfə verilir!


  • Kompression trikotajı necə seçmək lazımdır?

    İlk öncə USM-dən keçib xəstəliyinizin hansı stadiyada olduğunu müəyyənləşdirmək lazımdır. Sonra həkim, məhsulun məhz Sizə uyğun kompressiya dərəcəsini təyin edəcək. Və yalnız bundan sonra tibbi kompression məhsullar salonuna arxayın gedə bilərsiniz. Burada kvalifikasiyalı məsləhətçi ayağınızın ölçüsünü götürərək, lazımi razmeri dəqiqləşdirəcək, Sizə müxtəlif modeldə corab, qolf, kalqot, o cümlədən hamilələr üçün kalqot təklif edəcək. Aldığınız məhsulun geyinmə və ona qulluq qaydalarını anladacaq. Sağlamlığınızda qənaət etməyin – şübhəli istehsalçıların məhsullarını almayın! Yalnız keyfiyyətli trikotaj ayaqlarınızın gözəlliyini və sağlamlığını qorumağa kömək edə bilər!


  • Hormonal kontraseptivlər və digər preparatlar venaların vəziyyətinə necə təsir göstərir?

    Bu gün minlərlə qadın hamiləliyin qarşısını alan hormonal preparatlardan, o cümlədən oral konrtaseptivlərdən (həblərdən), plastır, hormonal vaginal üzük və uşaqlıqdaxili spirallardan istifadə edir.

    Lakin bir çox xanımlara bunu etmək olmaz. Məsələn, varikoz genişlənməsi olan qadınlar yalnız mütəxəssis məsləhətindən sonra həmin kontrasepsiya metoduna qərar verə bilər.

    Sadalanan kontraseptlərin tərkibinə daxil edilən hormonlar vena damarlarına və qanın laxtalanmasına mənfi təsir göstərə bilər. Bəzən hətta zəif formalı varikoz onların istifadəsi nəticəsində şişkinliyi, ayaqlarda və iri venalar nahiyəsində dartılma hissini və həmçinin aşağı ətraflarda ağrıları gücləndirir.

    Eyni zamanda demək olmaz ki, məhz hamiləliyin qarşısını alan bu vasitələr varikozun səbəbidir. Onlar sadəcə mövcud olan xəstəliyin inkişafına və ağırlaşmalara zəmin yaradır.

    Bir qayda olara, qadınlar aylarla, hətta illərlə hormonal kontrasepsiyadan istifasə edirlər. Bu müddət ərzində həmin preparatların venaların vəziyyəti və qanın laxtalanmasına təsiri mütəmadi şəkildə artır. Hormonal kontrasepsiya qəbulu fonunda aşağı ətraflarda şişkinlik, ağırlıq, diskomfort, axşam yorğunluğu və hətta ağrıların əmələ gəlməsi fleboloqa müraciət üçün siqnaldır. Bundan əlavə bir ayaqda şişkinlik və ağrıların yaranması tormbozun əlaməti ola bilər və bu halda dərhal mütəxəssisə müraciət edilməli, trombozun inkişafı və onun nəticələrini önlüyən təcili tədbilər görülməlidir.

    Varikoz riskinin digər faktorları da olarsa – məsələn, ayaqüstü iş, irsi meyllilik və s. hormonlardan imtina etmək və alternativ vasitələrin istifadəsinə keçmək tövsiyyə olunur.

    Varikoz artıq varsa hormonal preparatlar yalnız həkimin qərarı ilə təyin edilə bilər. Özbaşına hormonal preparatların qəbulu qəti qadağandır, çünki varikoz xəstəliyi fonunda aşağı ətrafların damarlarında və babasil venalarda trombların əmələgəlməsi riski kəskin şəkildə artır.

    Beləliklə, varikoz olduğu zaman hamiləliyin qarşısını alan həblərdən istifadə etmək olmaz, hormonlardan yalnız ginekoloji patologiyanın müalicəsində istifadə edilə bilər – o şərtlə ki, potensial xeyri mümkün riskdən çox olsun.

    Aşkar varikozda, ümumiyyətlə, hormonlar təyin edilmir - əgər edilsə belə, yalnız qoruyucu antiaqreqant və antikoaqulyantlarla birgə.

    Əgər hər hansı bir səbəbdən hormonal preparat qəbul edilərsə, təcrübəli həkim-fleboloq buna nəzarət etməlidir. Həmin müayinə ətrafların mütəmadi baxışını, venaların USM tədqiqatını, qanın laxtalanmasına nəzarəti əhatə edir.

    Belə mütəmadi müayinələr hormonal kontraseptivlərin istifadəsi nəticəsində baş verə biləcək ağırlaşmaları vaxtında aşkar etməyə zəmin yaradır. Bundan əlavə, fleboloq profilaktik tədbirlər də təyin edə bilər (komrpession trikotaj, venotonik və s.)


  • Kişilərdə varikoz?

    Varikoz, cinsindən asılı olmayaraq, hər kəsə düzçökdürən “xaindir”. O təkcə qadınlarda deyil, kişilərdə də yarana bilər. Bunun səbəbi nədir?

    İlk növbədə, irsi meylliyi olan kişilər ayaqlarının sağlamlığına xüsusi diqqət yetirməlidirlər.

    Digər səbəblərin sırasında – güc tələb edən məşqlər, intensiv fiziki işlər, uzun müddət sükan arxasında qalmaqdır. Artıq çəkisi olan kişilər həmşinin risk qrupuna daxil edilir.

    Xəstəliyin əsas əlamətləri – ayaqlarda diskomfort və ağırlıq hissi, venaların qabarması və damar şaxələrinin aydın görünməsidir.

    Müasir zamanda kişilər adətən mühüm işlərini atıb həkimə müraciət etməyə tələsmir. Axı əvvəl-əvvəl xəstəlik onları bir o qədər də narahat etmir. Lakin əbəs yerə deyil ki, onu “xain” adlandırırlar. Vaxtında müalicə olunmayan varikoz ciddi ağırlaşmalara - aşağı ətrafların trombozu və ya trofik xora kimi nəticələrə gətirə bilər.

    Adətən kişilər həkimə müraciəti son ana qədər uzadırlar. Yaxşı olar ki, bu halda qadınlar daha inadlı olub onları həkimə getməyə məcbur etsinlər. Axı sevdiyi qadını “əllərində” gəzdirmək üçün kişinin güclü ayaqları da olmalıdır. Qeyd edək ki, lazer texnologiyalarının, skleroterapiyanın istifadəsi müalicəni tez və ağrısız aparmağa imkan verir.


  • Möcüzənin intizarında.

    Dünyaya körpəsinin göz açmasını gözləmək hər qadın üçün ən gözəl vaxtdır. Lakin unutmayın ki, hamiləlik, irsi meyllilikdən sonra varikoz riskləri sırasında ikinci yeri tutur. Hamiləlik dövründə orqanizmin, ilk növbədə isə damar sisteminin üzərinə düşən ağırlıq daha da artır.

    Hamiləlik dövründə varikozun səbəbləri:

    • Orqanizmin hormonal rekonstruksiyası;

    • Vena tonusunun zəifləməsi;

    • Çanaq orqanları və aşağı ətraflara qan axınının güclənməsi;

    • Ölçüsü artan uşaqlıq damarlarının mexaniki daralması;

    • Bir çox hallarda - hamilə qadınların az aktiv həyat tərzi.


    Profilaktik tədbirləri unutmayın:

    • Kompression çorab geyinin (onları səhər, yataqdan durmadan geyinib gecə yatandan çıxarmaq tövsiyyə edilir). Düzgün təyin edilmiş ölçü və kompressiya dərəcəsi sayəsində heç bir diskomfort keçirməyəcək, əksinə ayaqlarınıza kömək edəcəksiniz və onlar əlavə ağırlığa tab gətirə biləcək;

    • Kontrast duş qəbul edin;

    • Hər gün açıq havada gəzintiyə çıxın (bu aşağı ətraflardan qan axınının dövranını yaxşılaşdıracaq);

    • Boş vaxtlarda yanı üstə uzanıb və ya ayaqlarınızı stula qoyub rahat kresloda əyləşib dincəlin;

    • Ayaqqabınızın rahat olmalı, ayaqları sıxmamalıdır. Kabluk 3-4 cm-dən hündür olmamalıdır;

    • Çalışın hamiləlik dövründə çəkinizi nəzarət altında saxlayasınız.

    Venoz çatışmazlığının ilk əlamətlərini hiss edərkən dərhal fleboloqa müraciət edin və bütün hamilələik dövrünü onun nəzarətində qalın.


  • Varikoz zamanı hansı fiziki aktivliyə icazə verilir?

    Fiziki aktivlik, səhhətindən asılı olmayaraq hər insanın orqanizminə müsbət təsir göstərir. Lakin xəstəlik aşkar olunduqda fiziki məşqələlərə diqqətlə yanaşmaq lazımdır.

    Varikozu olan insanlar, ilk növbədə:

    • Səhhətlərinin vəziyyətini dəyərləndirməlidirlər. Fitnesi seçdikdə varikoz xəstəliyinin dərəcəsi, venaların genişlənməsinin xarakteri, ağırlaşmaların olub-olmaması nəzərə alınmalıdır. Bunları yalnız mütəxəssis –fleboloq müəyyən edə bilər. Buna görə məşqələlərin seçimində ilk addım – həkimə müraciətdir;

    • Artıq ağırlıqlara və səylərə yol verməmək. Bəziləri fitnes-klubda məşğul olmağa başlayaraq öz gücünə güvənir və düşünür ki, “5 km qaçmağa nə var ki?” və ya “bu ştanqanı mən quş kimi qaldıraram” və s...Belə düşüncə tərzi səhhətinizə xələl gətirə bilər. Vəziyyətinizi özünüz düzgün dəyərləndirə bilməzsiniz. Üstəlik, insanlar bəzən tez arıqlamaq və ya əzələlərini bərkitmək məqsədilə həddindən çox intensiv idmanla məşğul olur;

    • Varikoz xəstəliyində artıq ağırlıqlar yolverilməzdir. Məhz bu səbəbdən məşqlərə həkim və təcrübəli fitnes-trenerlə məsləhətləşdikdən sonra başlamaq lazımdır;

    • Kompression trikotaj geyinin. Xüsusi corablar venaları artıq ağırlıq və travmalardan qoruyacaq, məşqələləri daha təhlükəsiz və komfortlu edəcək. İdman zalına həkim-fleboloqun tövsiyyə etdiyi paltar geyinin. Kompression məhsul mütləq keyfiyyətli olmalıdır. Bu gün apteklərdə heç kimə bəlli olmayan çoxsaylı firmaların, az qala “əldəqayırma” malları satılır. Belə trikotaj müsbət effekt vermir, bəzən isə hətta xələl gətirir. Yalnız ixtisaslaşdırılmış mağazalarda tanınmış kompaniyaların setifikatlı məhsullarını alın!


    Varikoz genişlənməsi olan və risk qrupuna daxil edilən insanlara (irsi meyllilik, oturaq və ya ayaqüstü iş, hamiləlik və s.) aşağıdakılar tövsiyyə olunur:

    • Üzgüçülük və akvaaerobika. Su prosedurları bir çox üstünlüklərə malikdir. Əvvəla, su oynaqlara düşən ağırlığı azaldır, bədən sanki çəkisizlikdə üzür. İkincisi, suda nəfəsalma çox intensivdir, orqanizmə böyük miqdarda oksigen daxil olunur və beləliklə, qanın tərkibi dəyişir.


    Varikoz xəstəliyində aşağıdakı idman növləri ilə məşğul olmaq olar:

    • Qaçış trenajorunda, velotrenajorda, ellipsoid trenajorda məşqlər, tullanma hərəkətləri istisna olmaqla aerobika, yüngül qaçış. Sürətli qaçış və ya kəskin sürətartırmaları isə venalara ağırlığı çoxaldır və fayda gətirmir;

    • İdman yerişi, yəni açıq havada özünüzə uyğun, diskomfort yaratmayan ritm və sürətdə gəzintilər isə çox faydalıdır. İdman yerişi ilə hər gün ən azı 30 dəqiqə məşğul olmaq tövsiyyə edilir. Bu zaman nəfəsalmanıza xüsusi diqqət yetirin (hər 3 addımdan bir nəfəs alıb verin);

    • Statik ağırlıqlar – yoqa, kallanetika və s. (ayaq əzələlərinin güclü gərginliyini tələb edən hərəkətlər istisna olmaqla) məqbuldur;

    • Velosport. Bu idman növü xüsusilə effektivdir, çünki ayaqlar müvafiq ritmdə fasiləsiz hərəkət edərək venalarda qanın durğunlaşmasına imkan vermir. Budan əlavə, velosiped gəzintiləri olduqca xoş vaxt keçirməyə, pozitiv emosiyalar yaşamağa kömək edir, xüsusilə də dostlarınızla birgə gəzintiyə çıxdıqda;

    • Rəqs əyləncəli idman növü olaraq, insanı qeyri-standart ritmdə hərəkət etməyə, müxtəlif hərəkətləri dəfələrlə təkrarlamağa vadar edir. Odur ki, müxtəlif rəqs növləri ilə, məsələn, latino-amerikan və ya klassik rəqslərlə məşğul ola bilərsiniz. Rəqs hərəkətləri ayaqlarda qan dövranına müsbət təsir göstərir, üstəlik çəkinin azalmasına kömək edir;


    Varikozda təhlükəli olanlar:

    • Ayaqlara güc salmaq - əllər üstə uzanıb qalxmaq, əyilib durmaq, ayaq üstə ştanqa və ya idman daşı qaldırmaq və s. Onlar venalara düşən yükü artırır. Muskullarınızı möhkəmlətmək istəyirsinizsə, bunları uzanan vəziyyətində icra edin;

    • Zərbəli və stresli ağırlıqlar – step-aerobika, hündürlüyə tullanma. Bu növ məşqələlərdə vena travmalarının riski çox böyükdür.

    Unutmayın!
    İnsanın səhhəti, vaxtını nələrə sərf etdiyindən asılıdır.


  • Varikoz zamanı günəşlənmək olarmı?

    İsti havada günəşlənərək ağırlaşmalardan qaçmaq bir o qədər də çətin iş deyil. Sadəcə bir neçə qaydaya əməl etmək lazımdır.

    Vena xəstəlikləri zamanı düzgün günəşlənməyin qaydaları:

    • Günəş vannalarını səhər saat 11-dək və axşam saat 17-dən sonra qəbul edin. Ultrabənövəyi şüaların aktiv olan saatlarında günün altında gəzməyin;

    • Günəşdən müdafiə dərəcəsi 30-dan aşağı olmayan qoruyucu vasitələrdən istifadə edin. Onlar həddindən artıq qızmadan xilas etməsə də, damarları onların elastikliyinə mənfi təsir göstərən ultrabənövşəyi şüalardan qoruyacaq;

    • Ultrabənövşıyi şüalarla yanaşı hərarət də ziyan gətirə bilər. Buna görə günəşlənəndə vaxtaşırı dənizə baş çəkib çimmək məsləhətdir. Şüşədən soyuq suyu başdan bədənə aşırmaq da olar;

    • Varikoz zamanı oturaq və ya yarımoturaq vəziyyətdə günəşlənmək olmaz. Bunu uzanan vəziyyətdə etmək lazımdır. Ən düzgünü isə, uzananda ayaqlarınızın altına balaca balış və ya dəsmaldan mütəkkə düzəldib qoyun ki, pəncələr bir qədər hündürdə olsun;

    • Günəş vannalarından sonra sərin duş tövsiyyə olunur. Beləliklə, damarların tonusunu qaytaracaq və günəş şüalarının mənfi təsirini minimuma endirəcəksiniz.

Əvvəl və Sonra
Fotoqalereya